İki yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Yaralarını sarımağa bint ala bilmirik"
Bir yaş doqquz aylıq Zəhranın dəstəyə ehtiyacı var.
Bu barədə Bakunews.media-a onun anası Şəbnəm Abbasova məlumat verib.
O bildirib ki, övladı noyabrın 4-də bədbəxt hadisə nəticəsində yanıb.
"Zəhra bir yaş səkkiz aylıqdır, noyabrın 4-də çaydanın naqilini üstünə çəkib, özünü yandırıb. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə getdik. Orada müalicələr alsaq da, imkanımız çatmadığı üçün çıxmalı olduq. Zəhranın müalicəsini davam etdirə bilmək üçün 600 manata ehtiyacımız var. İnanın, nə mazlarını ala bilirəm, nə bintini. Yaraları suluq edir, partlayır. Ağrılara dözə bilmir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (099) 351-56-54.
Kapital Bank: 4169 7388 7185 6161.