Yeddi dairədə deputat mandatı qazananlar müəyyənləşməyib

Azərbaycanda Milli Məclisə seçkilərlə əlaqədar yeddi seçki dairəsi üzrə nəticələr müəyyənləşməyib.

Bakunews.media-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mətbuaty konfransında deyib.

Həmin seçki dairələri aşağıdakılardır:

17 saylı Yasamal Üçüncü Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 44 saylı Sumqayıt-Xızı Seçki dairəsi, 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi, 77 saylı Astara Seçki Dairəsi, 123 saylı Kəlbəcər Seçki Dairəsi, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi.

Aqşin Kərimov

 

0.45330405235291