Qazax müşahidəçi: “Seçkilər qanun çərçivəsində keçirilib”

“Azərbaycanda parlament seçkiləri çox ədalətli, qanun çərçivəsində həyata keçirildi”.

APA-nın xəbərinə görə, bunu Qazaxıstan parlamentinin müşahidə missiyasının nümayəndəsi Şahmərdan Nurumov keçirdiyi mətbuat konfransında deyib:

“Seçkilərdə müşahidə aparmaq üçün Qazaxıstan parlamentindən dörd nəfər nümayəndə gəlmişdik. 10-dan çox məntəqədə müşahidə apardıq.

Müşahidəçilərlə söhbət elədik. Seçkilər çox şəffaf baş tutub. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm”.

0.45868492126465