Bakıda baldız yeznəsini bıçaqlayıb? - AÇIQLAMA

Polis əməkdaşları tərəfindən aparılan ilkin araşdırma zamanı Arif Səlimovun özünə xəsarət yetirdiyi məlum olub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, A.Səlimovun həyat yoldaşı ərindən ayrılaraq yaşadıqları Ağdam rayonundan övladları ilə birgə bacısıgilə - Qala qəsəbəsinə gəlib. A.Səlimov isə onun ardınca paytaxta yaşayan baldızıgilə gələrək övladlarını özü ilə aparmağa çalışıb.

Həyat yoldaşı buna etiraz etdiyi üçün A.Səlimov özünə bıçaq xəsarəti yetirib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin birinci Polis Şöbəsində araşdırma aparılır.

Bakının Xəzər rayonunda ailə-məişət zəminində dava zamanı qadın kişini bıçaqlayıb.

APA xəbər verir ki, hadisə Qala qəsəbəsində baş verib.

1975-ci il təvəllüdlü Arif Aqif oğlu Səlimov yaşadığı evdə baldızı ilə mübahisə edib. Mübahisə zamanı qadın A.Səlimova bıçaq zərbəsi vurub.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.

0.18528604507446