Paşinyan: "İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm"

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlar prosesində müəyyən müsbət irəliləyişlərin olduğunu bildirib.

Bakunews.media TASS-a istinadən xəbər verir ki, o, bu barədə Ermənistanın İctimai televiziyasına müsahibəsində deyib.

Paşinyan qeyd edib ki, o, öz növbəsində Azərbaycanla müqavilənin ilin sonuna qədər imzalanması üçün hər şeyi edəcək.

0.1035418510437