Bu dəfə ən gənc onlardır... - SİYAHI

Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin nəticələrə görə, öndə olan namizədlər arasında gənclərin sayının çox olması diqqət çəkən məqamdır.

Qafqazinfo-nun verdiyi xəbərə görə, bu dəfə parlamentin ən gənc deputatı 26 yaşlı Səbinə Xasayevadır. 

Digər gənc namizədlərin siyahısını təqdim edirik:

7 saylı Ordubad-Culfa seçki dairəsindən Cəbi Quliyev (YAP) – 30 yaş

24 saylı Nizami seçki dairəsindən Könül Nurullayeva - 35 yaş

29 saylı Səbail seçki dairəsindən Nigar Arpadarai - 38 yaş

39 saylı Kəpəz birinci seçki dairəsindən Müşfiq Cəfərov (YAP) – 39 yaş

43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Emin Hacıyev (YAP) – 38 yaş

57 saylı Kürdəmir seçki dairəsindən Əminə Ağazadə - 40 yaş

59 saylı Salyan seçki dairəsindən Jalə Əhmədova – 39 yaş

63 saylı Sabirabad birinci seçki dairəsindən Kamal Cəfərov – 31 yaş

66 saylı Biləsuvar seçki dairəsindən Bəhruz Məhərrəmov  - 37 yaş

81 saylı Beyləqan seçki dairəsindən Şahin İsmayılov (YAP) – 34 yaş

96 saylı Goranboy-Naftalan dairəsindən Anar Məmmədov (YAP) – 36 yaş

99 saylı Şəmkir kənd seçki dairəsindən Nurlan Həsənov (YAP) – 32 yaş

122 saylı Xankəndi seçki dairəsindən Tural Gəncəliyev – 40 yaş

Yuxarıda qeyd edilən gənc namizədlərdən qarşısında partiya mənsubiyyəti qeyd edilməyənlər bitərəf olanlardır. Bu siyahı MSK tərəfindən nəticələri açıqlanan 118 dairə üzrə hazırlanıb.

Hazırda yeddi dairənin nəticələri açıqlanmayıb. 2015-ci il parlament seçkilərində isə Şahin İsmayılov 29 yaşda deputat seçilməsi ilə ən gənc millət vəkili statusunu əldə etmişdi.

0.29930710792542