Bakının daha bir küçəsində təmir işləri aparılacaq

Sabah saat 08:00-dan etibarən Bakının Nərimanov rayonunun Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri aparılacaq.

Bakunews.media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumatda deyilir ki, işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək (yol bağlanmır).

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

Xatırladaq ki, daha əvvəl agentlik sabah saat 07:00-dan Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən Mətbuat prospektinə qədər) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılması barədə xəbər vermişdi.

Sabah saat 07:00-dan iyulun 7-si saat 22:00-a qədər Bakının Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən Mətbuat prospektinə qədər) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bakunews.media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.

0.045801162719727