72 yaşlı kişi şüşə parçası ilə öldürüldü: Oğlu qətldə şübhəli bilinir

İyulun 6-da saat 18:30-da Saatlı rayonunun Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ramiz Gülabdin oğlu Ağayevin yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

News24.az baş vermiş dəhşətli qətl hadisəsinin bəzi təfərrüatını əldə edib.

Belə ki, dəhşətli hadisə ata ilə oğul arasında şəxsi münasibətlər zəminində baş verib. Atasını qətlə yetirməkdə şübhəli bilinən Rabil Ağayevin narkoman olduğu bildirilir. O, atasını təxminən bir həftə öncə evdən qovubmuş və evə gələrsə, öldürəcəyini bildiribmiş.

Hadisənin baş verdiyi gün, yəni bu gün Ramiz Ağayev evə geri dönüb və günorta saatlarında həyətyanı sahələrində iribuynuzlu heyvanlarına su verirmiş. Elə bu zaman oğlu arxadan ona yaxınlaşaraq şüşə parçası ilə atasının boyun nahiyəsinə ölümcül zərbələr endirib.

Məlumata görə, Rabil Ağayev polis əməkdaşları tərəfindən saxlanılarkən avtomobilə gülə-gülə minib.

Cinayət əməlini törətməkdə şübhəli bilinə 2000-ci il təvəllüdlü Rabil Ramiz oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

20:24

İyulun 6-da saat 18:30-da Saatlı rayonunun Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ramiz Gülabdin oğlu Ağayevin yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bakunews.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, oğlu 2000-ci il təvəllüdlü Rabil Ramiz oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

2.8111910820007