Ağsuda avtomobil yoldan çıxaraq aşıb, ölən var

Ağsuda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə gecə saatlarında Muradlı kənd istiqamətində baş verib.

Avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü 1982-ci il təvəllüdlü Zamiq Elikram oğlu İmanov ağır bədən xəsarətləri alaraq dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

0.31877613067627