Meşə dolayında narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakini saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 38 yaşlı Anar Əhmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onun Haftoni Meşəbəyliyinin ərazisində xüsusi qulluq göstərərək yetişdirdiyi külli miqdarda 320 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. A.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

0.081346035003662