Bakı bulvarında skuterlərin istifadəsinə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə Dənizkənarı bulvar ərazisində skuterlərin istifadəsinə qoyulan müvəqqəti qadağa ilə bağlı məlumatlar əks olunub.
Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Bakunews.media-ın sorğusuna cavab olaraq bildirib ki, yazılan məlumatlar həqiqəti əks etdirmir:
"Bu şirkətin daxili qərarıdır. Dənizkənarı bulvar ərazisində skuterlərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb".