Həmid Həmidovla "Danışaq?": Kenan Əhmədov - prostatit, böyrəklərdə daşlar, adenoma haqqında

Tanınmış jurnalist Həmid Həmidov "Danışaq?" proqramının yeni buraxılışında abunəçilərinə növbəti video müsahibəni təqdim edib.

Müsahibədə terapevt-hepatoloq, "Medprosvet" MMC-nin baş direktoru Zaur Orucov iştirak edib. Podkastın qonağı isə uroloq Kənan Əhmədov olub.

Söhbət iştirakçıları xəstələrin ən çox müraciət etdikləri problemlər haqqında danışıblar. Xüsusi diqqət prostatın diaqnostikasına, o cümlədən bu orqanın masajının əhəmiyyətinə və xüsusiyyətlərinə yetirilib. Uroloq, həmçinin böyrək daşı xəstəliyi haqqında məlumat verib, sidik qoxusunun və rənginin dəyişməsinin nədən xəbər verə biləcəyini izah edib.

Kənan Əhmədov xərçəngin xeyli cavanlaşmasından narahatlığını ifadə edib. Həkim, həmçinin xəstəyə onkologiya diaqnozu barədə məlumat vermək lazım olub-olmadığı kimi həssas məsələyə toxunub.

Söhbət zamanı Kənan Əhmədov Azərbaycan və Rusiyada tibb səviyyəsinin müqayisəli təhlilini də aparıb. Zərərli vərdişlərin kişi sağlamlığına təsirinə xüsusi diqqət yetirilib.

Uroloq siqaret və alkoqolun təsirini müqayisə edib, həmçinin qəlyanın zərərsizliyi barədə populyar yanlış fikir haqqında danışıb.

Müsahibənin əhəmiyyətli hissəsi prostatit probleminə həsr olunub. Kənan Əhmədov bu xəstəliyin ev şəraitində müalicəsi üçün məsləhətlər verib, diqqət yetirilməli olan erkən əlamətlər haqqında danışıb və oturaq həyat tərzinin prostat sağlamlığına necə təsir etdiyini izah edib.

Söhbətin sonunda uroloq bir çoxlarını narahat edən suala - gecə ərzində tualetə getmək üçün neçə dəfə qalxmağın normal hesab olunduğunu cavablandırıb.

Ətraflı məlumat videoda:

Həmid Həmidovla "Danışaq?": Kenan Əhmədov - prostatit, böyrəklərdə daşlar, adenoma haqqında

Həmid Həmidovla "Danışaq?": Kenan Əhmədov - prostatit, böyrəklərdə daşlar, adenoma haqqında

0.056269884109497