Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA - 13.07.2024

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Bakunews.media-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

İyulun 13-ü saat 10:00-a olan məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Naxçıvan, Balakən, Şəmkir, İsmayıllıda 1 mm-dək olub.

Şimal-şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Culfada 20 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR və Aran rayonlarında 37, dağlıq rayonlarda 29 dərəcəyədək isti olub.

0.04583215713501