Sumqayıdakı ağır avtobus qəzasında xəsarət alanların son vəziyyətləri AÇIQLANDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Hacı Zeynalabdin - Sumqayıt avtomobil yolunda yaralıların vəziyyəti ilə bağlı açıqlama verib.

TƏBİB-dən Bakunews.media-ın sorğusuna cavab olaraq bildirilib ki, Hacı Zeynalabdin - Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 12.07.2024-cü il tarixində saat 17:20 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 12 nəfər (7-si kişi cinsli, 5-i qadın cinsi olmaqla) yerləşdirilib:

"Zəruri tibbi yardımlar göstərilən 11 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin (kişi cinsli) müalicəsi Neyrocərrahiyyə (vəziyyəti ağır olmaqla) şöbəsində davam etdirilir".

Aytac Qasımova

0.05816388130188