Kürdəmirdə QƏZA: Ölən var

Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" məlumatına görə, hadisə Ağsu-Kürdəmir yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Şəmkir rayon sakini Şükran Rəvan oğlu Əhmədovun idarə etdiyi "Chevrolet" markalı avtomobil həmin yolda hərəkətdə olarkən yolu keçmək istəyən Kürdəmir rayon Çıxımlı kənd sakini, 1952-ci il təvəllüdlü Əhmədağa Əlövsət oğlu İbrahimovu vurub.

Yaralı dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

0.081968069076538