Ucarda yük maşını kombaynla toqquşdu: Yaralanan var

Ucarda yük maşını kombaynla toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə Küçəkənd kəndi ərazisində baş verib.

"KamAZ" markalı yük maşınının otbağlayan kombaynla toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan 1961-ci il təvəllüdlü Bərgüşad kənd sakini Qnyaz İlyas oğlu Dursunalıyev xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

2.0237829685211