Lənkəranda arvadının və övladının həsrətinə dözməyən kişi intihar etdi
Lənkəranda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Lənkəran şəhərində qeydə alınıb.
Şəhər sakini, 1994-cü il təvəllüdlü Ceyhun Süleymanzadə yaşadığı evdə özünü asıb.
Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.
İlkin məlumata görə, Ceyhun Süleymanzadə bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Onun ayrıldığı həyat yoldaşından 1 azyaşlı övladı olub.
İddia olunur ki, arvadının və övladının həsrətinə dözməyərək C.Süleymanzadə çoxlu spirtli içki qəbul etdikdən sonra özünü öldürüb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.