Balakəndə şadlıq sarayının həyətində kütləvi dava: Kişi döyüldü
Balakən rayonunda 31 yaşlı kişi döyülüb.
Bakunews.media xəbər verir ki, hadisə rayonun Tülü kəndində qeydə alınıb.
Kənddə yerləşən şadlıq sarayının həyətində bir neçə şəxs arasında yaranmış mübahisə nəticəsində 31 yaşlı R.Nuriyev üç şəxs tərəfindən döyülüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, xuliqanlıq əməlini törədən üç nəfər polis əməkdaşları tərəfindən saxlanılıb və xəsarətlə bağlı müvafiq ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir.
Aytac Qasımova