Həlak olan hərbçilərimizə şəhid statusu veriləcək?

"Şəhid statusu "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə təsbit edilib".

Bunu Bakunews.media-ın sorğusuna cavab olaraq hüquqşünas Emil Aslanov deyib.

"Həmin qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslər şəhid statusuna malik olan şəxslər hesab olunurlar", - deyə E. Aslanov bildirib.

Ötən gün Azərbaycan Ordusunun hərbi qulluqçusu Yunis Vasif oğlu Abbasov Kəlbəcərdə baş vermiş uçqun nəticəsində .

Bundan əlavə, iyunun 9-da naməlum şəraitdə itkin düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun iyunun 11-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində nəşi .

"Həlak olan hərbçilərimizə şəhid statusu veriləcəkmi?" sualı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq.

Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Bakunews.media-ın sorğusuna cavab olaraq bildirib ki, həyatını itirən Azərbaycan Ordusunun hərbi qulluqçusuna şəhid statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir.

"Belə bildiriş daxil olarsa, şəhid statusu verilə bilər", - deyə o vurğulayıb.

Əzizə İsmayılova

1.8109531402588