Deputat seçilən rektor vəzifəsindən çıxarılacaq?

Milli Məclisə növbədənkənar seçkilərdə qələbə qazanan namizədlərdən biri də Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovdur.

Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, C.Məmmədov 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputat seçilib.

Bakunews.media-ın xəbərinə görə, rektorun qazandığı deputat mandatı ilə əlaqədar vəzifəsindən gedəcəyi gözlənilir.

Çünki o, deputat olduğuna görə dövlət qurumunun rəhbərliyində fəaliyyət göstərə bilməz.

Qeyd edək ki, 2015-ci ilin noyabrında 5-ci çağırış Milli Məclisə seçkilərdən sonra deputat mandatı qazanan rektorlar vəzifələrindən azad edilmişdi.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalamışdı.

Rektorluq vəzifəsindən çıxarılanlar Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abıyev,  Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı və Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov idilər.

Aqşin Kərimov

0.371337890625