Altı aylıq Aylinin anası: "Tək nişan üzüyüm qalıb, müalicə üçün onu da satacağam"
Altı aylıq Aylinin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Bakunews.media-a onun anası Ülviyyə Əliyeva məlunat verib.
O bildirib ki, övladı leykoz xəstəliyindən əziyyət çəkir.
"Aylin altı aylıqdır. O doğulandan sonra leykozdan əziyyət çəkdiyini öyrəndik. Həmin gündən də müalicələrini edirik. Körpə olduğu üçün həkimlər müalicələrin faydasının olacağını deyirlər. Aylinin müalicəsinin ilkin mərhələsi üçün 3 000 manata yaxın pul xərcləmişik, hazırda ikinci mərhələ üçün 1 500 manata ehtiyacımız var".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Mən evdar qadınam, yoldaşım isə fəhləlik edir. Aylinin müalicəsinin ilkin mərhələsini qarşılaya bilmək üçün mən toyumda taxılan qızıllarımı satdım. İndi isə satmağa əlimdə təkcə nişan üzüyüm qalıb. Onu da sataram, təki balam sağalsın. Yardımsevər şəxslərdən övladıma və bizə dəstək olmalarını xahiş edirəm. Aylin mənim yeganə övladımdır, ona nəsə olmağını təsəvvür belə edə bilmirəm".
Ailə ilə əlaqə: (055) 640-36-42.
Kapital Bank: 4169 7388 8614 4363.