Parisin Olimpiya kəndində ölüm: Samoalı boks üzrə məşqçi vəfat etdi

Samoalı boks üzrə məşqçi Lionel Elika Parisin Olimpiya kəndində 61 yaşında vəfat edib.

Bakunews.media xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Məşqçiyə təcili tibbi yardım göstərilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

"Paris Olimpiadası zamanı faciəvi şəkildə dünyasını dəyişən Samoanın boks üzrə məşqçisi Lionel Elikanın ailəsinə, dostlarına və həmkarlarına başsağlığı veririk. Lionelin idmana olan fədakarlığı və həvəsi boks ictimaiyyətində silinməz iz qoyub", - deyə Beynəlxalq Boks Assosiasiyasının bəyanatında bildirilir.

Qeyd edək ki, Parisdə keçiriləcək Olimpiya Oyunları avqustun 11-dək davam edəcək.

0.1297299861908