24 yaşlı gəncin həyatda qalması üçün sizin dəstəyinizə ehtiyacı var

24 yaşlı Haxverdinin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Bakunews.media-a onun anası Gülsara Novruzova məlumat verib.

O bildirilib ki, övladı Haxverdi dekabrın 4-də avtomobil qəzası keçirib:

"Haxverdinin 24 yaşı var. Ötən ilin dekabr ayında ağır avtomobil qəzası keçirib. Xəstəxanaya gətiriləndə onun ağciyəri və qaraciyəri zədələnmişdi, beyninə isə qan sızmışdı. Beynində olan problemə görə həkimlər onu süni komada saxlamağı məsləhət gördülər. Bir ay o vəziyyətdə müalicə olundu. Oyanandan sonra isə nə məni, nə atasını tanıdı. Bir müddət nevroloji müalicə aldı".

Gülsara Novruzova hazırda oğlunun əməliyyat olunmasının zəruriliyini qeyd edib:

"Haxverdinin hazırda nəfəs almasında problem var. Nəfəs almağına görə o dəfələrlə əməliyyat keçirib. Amma hələ də bu problemi birdəfəlik həll edə bilməmişik. Son bir neçə həftədir biz özəl xəstəxanalardan birində qalırdıq. Əlimizdə olan bütün pulu verdik, əlimizdə qalan hər şeyi satdıq, amma çatdırmadığımız üçün xəstəxanadan yenidən çıxmalı olduq. Hazırda övladım yenidən nəfəs ala bilmir, ciyərinə isə qan yığılır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (077) 325-87-17.

Leo Bank: 4098 5844 9623 3485.

0.074942111968994