Gəncədə çaydan qadın meyiti TAPILDI

Gəncə şəhərində çaydan naməlum qadın meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru Eşqin Qasımov APA-nın sorğusuna cavab olaraq bildirib ki, iyul ayının 30-da saat 18 radələrində Gəncə çayının şəhərin mərkəzindən keçən hissəsində qadın meyitinin olması barədə polisə məlumat daxil olub.

Polis əməldaşları əraziyə gələrək müvafiq araşdırmalar həyata keçiriblər.

İlkin baxış zamanı üzərində zorakılıq izləri aşkarlanmayan meyitin Yevlax şəhər sakini 2007-ci il təvəllüdlü F.Əmraslanova olması müəyyən edilib.

Meyit ekspertizaya təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

0.13783884048462