Şəmkirdə arvadından boşanan kişi avtomobillini YANDIRDI
Şəmkir minik maşını qəsdən yandırılıb.
APA-nın məlumatına görə, hadisə rayonun Qədimqala kəndində qeydə alınıb.
Kənd sakini olan 70 yaşlı kişi özünə məxsus "HAVAL" markalı minik avtomobilini yandırıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı minik avtomobilinin yanar hissələri tamamilə yanaraq külə dönüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Minik avtomobilinin yandırılmasının bəzi təfərrüatı məlum olub. Belə ki, ev sahibi 70 yaşlı Qədimqala kənd sakini arvadından boşanıb. 70 yaşlı kişinin həyat yoldaşı 1956-ci il təvəllüdlü Sədaqət Həsənova ondan pay istəyib. Bundan sonra onların arasında mübahisə düşüb. Mübahisədən sonra ev sahibi olan yaşlı kişi həyətində olan minik maşına od vuraraq yandırıb.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.