Meşə gəzintisi faciə ilə bitdi: 36 yaşlı kişi həyatını itirdi

Oğuz rayonunun Tayıflı kəndində bədbəxt hadisə baş verib.

Bakunews.media-ın məlumatına görə, 1988-ci il təvəllüdlü Fuad Valeh oğlu Bayramov meşədə gəzintiyə çıxarkən üzərinə nəhəng ağac aşıb.

Ağır xəsarətlər alan 36 yaşlı kişi dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Fuad Bayramov xəstəxanada dünyasını dəyişib.

0.093497037887573