Eyni gündə üçüncü azyaşlı ölümü: İki yaşlı körpə qanaxmadan dünyasını dəyişdi

Oğuz rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Report"un məlumatına görə, hadisə Oğuz şəhər ərazisində fərdi yaşayış evlərindən birində baş verib.

Belə ki, 2022-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Məmmədov yaşadığı evdə yıxılaraq başı stula dəyib. Azyaşlı dərhal Bakı şəhəri Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına yerləşdirilib.

2 yaşlı M.Məmmədov bu gün burnundan açılan qanaxmadan dünyasını dəyişib.

Qeyd edək ki, bu gün daha iki azyaşlının ölüm faktı qeydə alınıb. Belə ki, Şirvanda yerləşən beşmərtəbəli binada qonaq olan Aygün Kərimova adlı gənc ana və onun beş yaşlı qızı Z.K. binanın beşinci mərtəbəsindən yıxılaraq həyatlarını itiriblər. Digər bədbəxt hadisə isə Yevlaxda baş verib. Şəhər ərazisində yerləşən doqquz mərtəbəli binanın üçüncü mərtəbəsindən yıxılan üç yaşlı uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib.

0.078834056854248