Həbib Nurməhəmmədovun lüks avtomobili satışa çıxarıldı

Qarışıq döyüş növləri üzrə döyüşçü Həbib Nurməhəmmədova məxsus olan və onun adına rəsmiləşdirilən "Mercedes-AMG GT" təcili satışa çıxarılıb.

Oxu.az "Mash"a istinadən xəbər verir ki, avtomobili Həbibə 2016-cı ildə iş adamı Ziavudin Maqomedov verib.

O, sonradan 18 il müddətinə azadlıqdan məhrum edilib.

Nurməhəmmədov 2022-ci ilə qədər avtomobilə sahib olub, sonra onu Mahaçqaladan olan pərəstişkarına satıb. Yeni sahibi avtomobili yenidən öz adına rəsmiləşdirməyib və yeraltı dayanacaqda saxlayıb. "Mercedes"in içərisində Həbib Nurməhəmmədovun adı yazılmış lövhə var.

İyulun 5-də məhkəmə icraçıları Nurməhəmmədova qarşı 79,4 milyon rubl borcuna görə cərimə icraatına başlayıblar. "Mercedes-AMG"nin əlindən alına biləcəyindən qorxan maşının yeni sahibi onu satışa çıxarıb.

Hazırda kupe 16 milyon rubla (təxminən 320 min manat) satılır. Onun mənzillə dəyişdirilməsi variantı da nəzərdən keçirilir.

0.21790099143982