Ölkənin əsas magistral yollarından birində təmir işlərinə başlanılır
Avqustun 5-dən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-125-ci km-lik hissəsində yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılacaq.
Bakunews.media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Məlumata görə, sözügedən işlərin icrası bu gün saat 14:00-dan başlayaraq avqustun 11-də saat 18:00-dək davam edəcək.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.