Yüksəkvəzifəli şəxs yaxın dostunu müdir TƏYİN ETDİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov yaxın dostunu çalışdığı qurumda vəzifəyə təyin edib.
Bakunews.media xəbər verir ki, bu barədə "Qaynarinfo" məlumat yayıb.
Qeyd edilib ki, Anar Bayramovun müvafiq əmri ilə Yalçın Sakit oğlu Niftiyev agentliyin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdiri təyin edilib.
Xatırladaq ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov "A-Qroup Sığorta" ASC-nin Direktorlar Şurasının üzvüdür və uzun illər bu şirkətin sədri vəzifəsində çalışıb.
Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.