COP29-la əlaqədar metroda iş rejimi dəyişəcəkmi?
COP29-la əlaqədar dövlət qurumlarında iş rejimi dəyişəcək.
Bakunews.media xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bəzi dövlət qurumlarında işə cəlb edilən işçilərin 70 faizinin məsafədən (evdən) işləmələri təmin edilməlidir.
Bəs COP29-la bağlı şəhərin əsas ictimai nəqliyyat vasitəsi olan metronun işində hər hansı dəyişiklik gözlənilirmi?
Sualımızı "Bakı Metropoliteni" QSC-yə ünvanladıq.
Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Bakunews.media-ın sorğusuna cavabında həmin dövrdə hər hansı dəyişikliyin gözlənilmədiyini bildirib.
"Hər bir halda payız mövsümündə, yəni yeni tədris ili başlayandan sonra, metroda mümkün olacaq ən sıx hərəkət qrafiki tətbiq olunur. COP29-la bağlı hər hansı xüsusi qaydaların tətbiqi gözlənilmir".
Əzizə İsmayılova