"Bavariya" "Bayer"in müdafiəçisini transfer edib

"Bavariya" heyətini yeni futbolçu ilə gücləndirib.

Bakunews.media xəbər verir ki, Münhen təmsilçisi "Bayer"in müdafiəçisi Conatan Ta ilə anlaşıb. 29 yaşlı müdafiəçi ilə yaxın vaxtda müqavilə bağlanacaq.

"Bavariya" transfer üçün "Bayer"ə 30 milyon avro ödəyəcək.

Conatan Ta 2015-ci ildən Leverkuzen təmsilçisində çıxış edir. O, həmçinin Almaniya millisinin şərəfini qoruyur.

0.058760166168213