Donald Tramp ən sevdiyi UFC döyüşçüsünün adını açıqlayıb
ABŞ-ın keçmiş prezidenti Donald Tramp rusiyalı UFC əfsanəsi Həbib Nurməhəmmədovu qarışıq döyüş növləri üzrə sevimli döyüşçüsü adlandırıb.
Bakunews.media xəbər verir ki, Tramp ən sevdiyi döyüşçünün Həbib Nurməhəmmədov olduğunu dilə gətirib.
"Məncə, bu, Həbibdir. O, çox yaxşıdır! Onun rekordu 29 qələbə - 0 məğlubiyyətdir. Atası öldükdən sonra Nurməhəmmədov karyerasını bitirdi. Məncə, o, hətta bir raund da uduzmayıb",-deyib.
Qeyd edək ki, Doland Tramp noyabrın 5-də keçiriləcək növbəti seçkidə ABŞ prezidentliyinə namizəd olacaq.