Sənan Süleymanov medal görüşündə Qırğızıstan təmsilçisi ilə qarşılaşacaq

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanovun Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal görüşündə rəqibi dəqiqləşib.

Bakunews.media xəbər verir ki, bu, 77 kq çəki dərəcəsində təsəlliverici qarşılaşmalardan sonra bəlli olub.

S.Süleymanov bürünc mükafat uğrunda Qırğızıstandan olan Akjol Mahmudovla üz-üzə gələcək.

Mahmudov təsəlliverici dueldə Jair Kueronu (Kolumbiya) üstələyib - 11:0. Medal görüşləri axşam seansına təsadüf edəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

0.070513010025024