Paris-2024: Azərbaycanın bədii gimnastı üçüncü dəfə çıxış edib
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında üçüncü dəfə çıxış edib.
Bakunews.media xəbər verir ki, 23 yaşlı idmançı bu dəfə lentlə bacarığını göstərib.
Təmsilçimiz 28.400 xala layiq görülüb. Z.Ağamirova sonuncu çıxışını gürzlə edəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.
"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 23 yaşlı idmançı bu dəfə halqalarla bacarığını göstərib.
Təmsilçimiz 3.500 xala layiq görülüb. Ağamirova növbəti dəfə lent və gürzlə də bacarığını göstərməyə çalışacaq. O, hələlik 5-ci sıradadır.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 23 yaşlı idmançı ilk olaraq topla hərəkətlərdə çıxış edib.
Təmsilçimiz 30.200 xala layiq görülüb. Ağamirova halqa, lent və gürzlə də bacarığını göstərməyə çalışacaq. O, hələlik 7-ci sıradadır.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.