Avropa çempionatları tarixinin ən yaşlı futbolçusu karyerasını başa vurdu
Portuqaliya millisinin heyətində 2016-cı ilin Avropa çempionu, müdafiəçi Pepe 41 yaşında karyerasını başa vurub.
Bakunews.media xəbər verir ki, bu barədə o, "Instagram" hesabında məlumat verib.
Futbolçu qazandığı bütün kubokları əks etdirən video paylaşıb və şərhə "Təşəkkür edirəm" yazıb.
Xatırladaq ki, Pepe Braziliyada doğulub və futbola vətənində başlayıb. 2002-ci ildən Portuqaliyanın "Maritimo" və "Porto" komandalarında çıxış edib. 2007-2017-ci illərdə o, "Real Madrid"in oyunçusu olub və onlarla üç dəfə Çempionlar Liqasının qalibi olub. Daha sonra o, "Beşiktaş"a keçib, 2019-cu ildə isə "Portu"ya qayıdıb.
Pepe 2007-ci ildən Portuqaliya millisinin heyətində 141 oyun keçirib və 8 qol vurub, Avropa Çempionatının (2016) və Millətlər Liqasının (2019) qalibi olub.
Almaniyada keçirilən Avropa çempionatında Pepe macar qapıçı Qabor Kirayın rekordunu qıraraq tarixin ən yaşlı futbolçusu olub.