Körpə Muradın müalicə üçün dəstəyə ehtiyacı var: Anası yardım diləyir

Yeddi aylıq Muradın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Bakunews.media-a onun anası Türkanə Qasımova məlumat verib.

O bildirib ki, övladı doğulandan böyrəyində problem var.

"Murad yeddi aylıqdır. O doğulandan sonra həkimlər onun böyrəyində problem olduğunu, sidiyə normal gedə bilmədiyini dedilər. Həmin gündən də bizim üçün ağır günlər başladı. Körpə olduğu üçün çox dərman vasitəsi qəbul edə bilmir. Sidiyə tam katater vasitəsi ilə çıxır. İnanın gün ərzində 4-5 dəfə bunu etmək mənim üçün necə stresli, necə əzablıdır izah edə bilmərəm".

Türkanə Qasımova övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.

"Bizə Türkiyədə yerləşən özəl xəstəxanalardan birində çalışan bir həkimi tövsiyə etdilər. Bu xəstəliyi ən yaxşı onun müalicə edə biləcəyini dedilər. Həmin həkimlə danışdıq və bizi müayinə üçün Türkiyəyə dəvət etdi. Oradakı müayinələr üçün isə ilkin olaraq 7 000 manata yaxın məbləğ tələb etdilər. Biz həmin məbləğin 5 600 manatını öz gücümüzə toplaya bilmişik, qalan 1 400 manat isə hələ ki qalıb. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını, bu məbləği toplamağımıza yardım etməklərini xahiş edirik".

Ailə ilə əlaqə: (077) 300-14-95.

Kapital Bank: 4169 7388 2856 5071.

0.70267820358276