Ucarda mərkəzi bazarda yanğın başlayıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ucar şəhərində bazar ərazisində yanğın olması barədə ilkin məlumat daxil olub.
Bakunews.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Ucarda mərkəzi bazar yanır.
ÀPA-nın xəbərinə görə, bu gün saat 18:00 radələrində bazarda güclü yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.