Fuad Əliyev: Belə olan halda kim gəlib sizi seçəcək?

“Bunlar xalqın qarşısına şərt qoyurlar, sonra da deyirlər ki, gəlin bizi seçin. Belə olan halda kim gəlib sizi seçəcək?”

 

Bunu Azreform.info-ya prezidentliyə keçmiş namizəd Fuad Əliyev növbədənkənar parlament seçkilərini şərh edərkən bildirib.

 

Onun sözlərinə görə bəzi müxalifət partiyalarda YAP-dan fərqli olaraq yenilənmə getmir:

“Müxalifətdə bir-iki partiya var, kənardan baxanda elə təsəvvür yaranır ki, “müxalifət” sözünü, müxalifət düşərgəsini sanki özəlləşdiriblər. Nə öz partiyalarında yenilənməyə imkan verirlər, nədə ki, digər partiyaların sədirlərinə müxalifət adından danışmağa belə imkan tanıyırlar. Baxsınlar Yeni Azərbaycan Partiyasına. Daima yenilənmə gedir. Gəncləri yetişdirirlər və partiya strukturlarda vəzifələrə gətirirlər. Amma bunlar isə 30 il oturub sədr vəzifəsində, nə sədr kreslonu tərk edirlər, nədə ki cavanları yetişdirirlər. Görəndə ki gənclərdən kimsə aktivlik göstərir, onu ya tutdururlar, yada ki, partiyada “torbasını tikib” xaric edirlər”.

Fuad Əliyevin fikrincə həmişə xaricə istinad edən bu “siyasətçilər” onlardan nümünə götürsünlər:

“Bu iki-üç partiya sədri, özlərini “siyasətçi” hesab edənlər, başqa ölkələrdə baş verənləri bayraq edib bizlərə nümünə kimi göstərirlər. Amma niyə özlərinə aid olanları görmürlər. Xaricdə seçkilərdə iştrak edib uduzan partiya liderləri istefa verirlər. Bir uğur qazanmayan istefa verir. Xalqın qarşısına çıxıb xalqdan üzir istəyirlər. Bunlar isə, biri partiyanı seçkilərə aparır özü isə iştirak etmir. Hərbi dili ilə desəm, öz əsgərləri güllənin qabağına verib, özü isə gizlənir. Necə ki, 20 Yanvar hadisələrində ... Digəri isə siyasi demaqoqiyalı, siyasi “alver” ilə məşquldur. Seçkilərdə içtirak etmir, amma seçkiləri qiymətləndirir, neqativ rəylər verir. Sonda da Qərbdən qrant şəkildə qonarar alır. Biri də var xalqın qarşısına şərt qoyur. Mənə dəstək verməsəz vəziyyətiniz pis olacaq. Mənə dəstək verməsəz, deputat olmasam partiyadan, siyasətdən gedəcəyəm... Belə olan halda kim gəlib sizi seçəcək?”

0.058843851089478