"Qarabağ"a məğlub olan "Ludoqorets" Bolqarıstan futbolunda antirekorda imza atıb

"Ludoqorets"in UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"a 2:7 hesablı məğlubiyyəti Bolqarıstan klubları üçün avrokubokların ev matçlarında antirekorddur.

Bakunews.media xəbər verir ki, bu ölkənin heç bir təmsilçisi indiyədək doğma meydanda bir oyunda öz qapısından bu qədər top buraxmayıb.

"Qarabağ"la görüşə kimi ən mənfi göstərici 1977-ci ildə qeydə alınmışdı. Sofiya "Lokomotiv"i "Anderlext"ə 1:6 hesabı ilə uduzmuşdu.

Amma "Qarabağ"la oyundakı nəticə "Ludoqrets"in avrokuboklardakı ən ağır məğlubiyyəti deyil. Razqrad təmsilçisi ötən mövsüm Konfrans Liqasının qrup mərhələsində Danimarkanın "Norşellan" komandasına səfərdə 1:7 hesabı ilə uduzub. Avropadakı ən böyük məğlubiyyəti isə 2000-ci ildə İntertoto Kubokunda Çexiyanın "Siqma" klubu ilə görüşdə qeydə alınıb - 0:8.

0.055807828903198