Xəstə uşağı olan qadın bu dəfə anası üçün yardım istəyir: Təcili pula ehtiyacları var

Haqqında dərc etdiyimiz yeddi aylıq Tanurun valideyni Ülfət Qurbanova bu dəfə anası üçün kömək istəyir. Ona təcili 1 500 manat lazımdır.

Bu barədə Bakunews.media-a Ülfət Qurbanova özü bildirib.

Xatırladaq ki, Tanur 2024-cü ilin yanvarında anadan olub. Onun atası faciəli surətdə avtomobil qəzasında həlak olub. Həmin vaxt Ü.Qurbanova hamiləliyinin ikinci ayında olub.

Tanur sağlam doğulsa da, hazırda nevroloji xəstəliyi səbəbindən müalicə alır. Buna isə ailəsinin gücü çatmır. Ü.Qurbanova atasını uşaq ikən itirib, anası isə işləmir. Tanur körpə olduğundan qadın işləyə də bilmir. İndi onun başqa bir problemi də yaranıb:

"Bir həftədir ki, anamın xərçəng xəstəliyindən əziyyət çəkdiyini öyrənmişik. Əlimdə olan-qalanı onun müayinəsinə xərclədik. Sizin saytın izləyicilərinin dəstəyi ilə bir neçə gün əvvəl anam əməliyyat olundu. Hazırda müalicə üçün nə dərmanları, nə də uşağa yemək almağa pulum qalmayıb. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Bu çətin günlərdə bizə əl tutmağınızı xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 949-57-84.

"Kapital Bank": 4169 7385 3170 3456.

0.045415878295898