Nişanlı qızın ayaqqabıları atasını ölümə apardı - 20 yaşlı gəncin ailəsinə yaşatdığı FACİƏ

Cəlilabad rayonunun Moranlı kəndində quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüat məlum olub.

"Report"un məlumatına görə, 1981-ci il təvəllüdlü Həsənağa Məmmədov təxminən 15 metr dərinliyində olan su quyusuna düşən qızı, 2004-cü il təvəllüdlü Nəsibə Məmmədovanı xilas etməyə çalışarkən özü də quyuya düşərək boğulub.

Hadisə zamanı qız evdə tək olub. Qonşu kənddə qonaq olan ata evə qayıtdıqdan sonra qızını axtarmağa başlayıb və onun ayaqqabılarını quyunun kənarında görüb. Qızının quyuya düşdüyünü başa düşən ata su şlanqı vasitəsilə onu çıxarmağa çalışıb. Lakin şlanq qırıldığı üçün o da boğularaq dünyasını dəyişib.

Kənd sakinlərinin sözlərinə görə, qız adətən quyudan kəndir vasitəsilə su çəkirmiş. Hadisə zamanı isə evin xanımı Bakıda müalicədə olub.

Qeyd edək ki, dünyasını dəyişən Nəsibə Məmmədova nişanlı imiş.

0.051183223724365