Günlərdir suyun gəlməməsi Xətai sakinlərini çətin vəziyyətdə qoyub

Günlərdir suyun gəlməməsi sakinləri çətin vəziyyətdə qoyub.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Xətai rayonunun Natiq Əliyev küçəsi, 46 ünvanından gedir.

Sakinlər iddia edirlər ki, 3 gündür su xəttində baş vermiş nasazlıq səbəbindən mənzillərə suyun verilişi dayanıb. Təxminən 10-a yaxın binada suyun olmadığını deyirlər.

Borunun partladığı ərazi rayon sukanal idarəsinin əməkdaşları tərəfindən qazılıb. Hətta həmin vaxt ərazidə gölməçə də yaranıb. Amma nədənsə iş yarımçıq saxlanıb və suyun verilişi də dayandırılıb.

O ki qaldı qazılan hissəyə, Xətai Rayon Sukanal İdarəsinin əməkdaşı Əli Məhərrəmli bildirib ki, orada kiçik təmir işləri görülür, qısa müddət ərzində iş yekunlaşacaq.

Ətraflı süjetdə:

Günlərdir suyun gəlməməsi Xətai sakinlərini çətin vəziyyətdə qoyub

Günlərdir suyun gəlməməsi Xətai sakinlərini çətin vəziyyətdə qoyub

0.073817014694214