"Mançester Siti" Premyer Liqada 70-80 xaldan məhrum ola bilər - SƏBƏB
İngiltərə Premyer Liqasının "Mançester Siti"ni ittiham etdiyi 100-dən çox maliyyə pozuntusunun araşdırılmasından sonra klub 70-80 xaldan məhrum ola bilər.
Bakunews.media xəbər verir ki, bunu "New York Times" qəzetinə Premyer Liqa klubunun adı açıqlanmayan rəhbərlərindən biri deyib.
Premyer Liqanın digər yüksəksəviyyəli idman xadimi cəzanın daha yaradıcı olacağını təklif edib - ardıcıl olaraq üç mövsüm ərzində xallar silinə, yəni klubun Çempionlar Liqasına vəsiqə qazanmaq şansı ciddi şəkildə məhdudlaşdırıla bilər.
"Daily Mail" daha əvvəl xəbər vermişdi ki, "Mançester Siti"nin işi üzrə dinləmələr 2024-cü ilin payızında, hökmün isə 2025-ci ilin yazında verilməsi gözlənilir.