Üç yaşlı Muradın təcili əməliyyata ehtiyacı var: 93 500 manatdan cüzi hissə çatmır
Üç yaşlı Muradın təcili əməliyyata ehtiyacı var.
Bu barədə Bakunews.media-a onun anası Yasəmən Quliyeva məlumat verib.
O bildirib ki, övladı qaraciyər sirrozundan əziyyət çəkir:
"Muradın üç yaşı var. İki il əvvəl həkim müayinəsi zamanı onun qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrəndik. Həkimlər həmin dövrdə onun bədəninin bu əməliyyata hazır olmadığını və müalicə almalı olduğunu dedilər. Biz bir müddət onu müalicə etdik, vəziyyəti ağırlaşdı deyə Türkiyəyə yollandıq. Demək olar ki, son bir ildir bu əməliyyat üçün Muradı hazırlayırlar. Onun donoru öz atasıdır".
Yasəmən Quliyeva övladının əməliyyatı üçün təcili yenidən Türkiyəyə yollanmalı olduqlarını deyib:
"Muradın əməliyyatı çox bahadır. Həkimlər bu əməliyyat üçün bizdən 93 500 manat tələb ediblər. Bu məbləğin 90 min manatını evimizi sataraq, dost tanışın dəstəyi ilə toplaya bilmişik. Qalan 3 500 manatı isə sizin saytın izləyicilərinin dəstəyi ilə toplamışdıq. Lakin həkimlər Muradın əməliyyata hazır olmadığı üçün müalicə etməli olduğunu dedilər. Bir aya yaxındır Murad müalicə alır və əməliyyat pulunun 2 500 manatını xərcləməli olmuşuq. Hazırda əməliyyat məbləğini tamamlayıb, ödəməliyik. Bunun üçün isə yardımsevər şəxslərin dəstəyinə yenidən ehtiyacımız var. Murad bizim yeganə övladımızdır, onun üçün hər şeyimizdən keçmişik, keçməyə də hazırıq. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 315-81-25.
Beynəlxalq Bank: 5522 0993 6306 7547.