Lionel Messi İbizadakı evinə zərər verən ekofəallardan pul tələb etdi

Argentina millisinin və Mayami "İnter"inin hücumçusu Lionel Messi İbizadakı evinə boya tökən ekofəallardan 50 min avro tələb edir.

Bakunews.media Marca.com-a istinadla xəbər verir ki, aksiyanın keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürən təşkilat iddia olunan 50 min avro məbləğində zərəri doğru hesab etmir.

Eko fəalların mətbuat katibi Bilbo Bassaterra bildirib ki, evi yenidən rəngləməli olsalar belə, işin dəyəri 50 min avro olmayacaq.

Qeyd edək ki, Lionel Messinin evini rəngləyən üç ekofəal həbs edilib.

Lionel Messi İbizadakı evinə zərər verən ekofəallardan pul tələb etdi

Lionel Messi İbizadakı evinə zərər verən ekofəallardan pul tələb etdi

0.055031061172485