Fransa Liqa 1-də qeyri-adi hadisə: Zədələnən futbolçu 25 dəqiqədə yerdə qaldı

Futbol üzrə Fransa çempionatının ilk turunda baş tutan "Reyms" - "Lill" matçında qonaqların futbolçusu Anxel Qomezin zədəsi səbəbindən fasilə yaranıb.

Bakunews.media xəbər verir ki, bu barədə "Lill"in Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, 12-ci dəqiqədə Qomez "Reyms"in futbolçusu Abdu Kone ilə toqquşmadan sonra qazonda uzanaraq qalıb. O, hadisədən 25 dəqiqə sonra meydanı xərəkdə tərk edib, bütün bu müddət ərzində həkimlər onu müalicə ediblər. Kone isə qırmızı vərəqə alıb. Yalnız bundan sonra qarşılaşma bərpa olunub.

Qomezin 23 yaşı var. İngilis yarımmüdafiəçi "Mançester Yunayted"in yetirməsidir. O, 2020-ci ildə "Lill"ə keçib və 2020/21 mövsümündə icarə əsasında Portuqaliya "Boavişta"sında çıxış edib.

0.059071063995361