"Real Madrid"in ulduzu Vinisiusdan xeyriyyə təşəbbüsü

"Real Madrid"in hücumçusu Vinisius Junior, doğma şəhəri olan Braziliyanın San-Qonçalo şəhərində tərk edilmiş dövlət məktəbini bərpa etmək üçün təxminən üç milyon avro sərf edəcək.

Bakunews.media championat.com-a istinadən xəbər verir ki, bərpa ediləcək məktəb gələcəkdə beş minə yaxın şagirdi qəbul edə biləcək. Məktəbdə pulsuz təhsil, idman və mədəniyyət sahələrində imkanlar yaradılacaq.

Qeyd edək ki, Vinisius Junior 2023/2024 mövsümünün sonunda "Qızıl Top"a əsas namizəddir. O, Çempionlar Liqasının finalında birdən çox qol vuran ilk braziliyalı futbolçu olub.

0.070597171783447