"Barselona"nın əsas ulduzlarından biri klubdan ayrılmaq istəyir

"Barselona"nın türkiyəsilli almaniyalı yarımmüdafiəçisi İlkay Gündoğan komandadan ayrılmaq istəyir.

Bakunews.media-ın championat.com-a istinadən verdiyi xəbərə görə, yarımmüdafiəçi bu niyyətini məşqçilər korpusuna bildirib. Klub rəhbərliyi futbolçunun satılmasına qarşı deyil.

Qeyd edək ki, Gündoğan İspaniya çempionatının ilk turunda "Valensiya" ilə oyunda "Barselona"nın heyətində yer almayıb.

Gündoğan "Barselona"ya 2023-cü ilin yayında keçib. Bu müddət ərzində yarımmüdafiəçi bütün turnirlərdə 51 matçda iştirak edib, 5 qol vurub, 14 məhsuldar ötürmə edib. Ötən mövsüm o, ümumilikdə 4180 dəqiqə meydanda olub. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, onun bazar dəyəri 15 milyon avrodur.

0.042930841445923