Masallıda evdə yanğın: Üç texnika cəlb OLUNDU
Masallıda yaşayış evi yanıb.
"Report" xəbər verir ki, yanğın Anar Novruzov küçəsində yerləşən evdə baş verib.
1955-ci il təvəllüdlü Vaqif Oruc oğlu Qurbanova məxsus evdə baş verən yanğın barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub.
Yanğının söndürülməsi üçün əraziyə üç texnika və canlı qüvvə cəlb edilib. Məlumata görə, yanğın ümumi sahəsi 216 kvadratmetr olan evin çardaq hissəsindən başlayıb və əsasən evin ikinci mərtəbəsini əhatə edib.
Yanğın söndürülüb, alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.